Alman iqtisadiyyatına Rusiya zərbəsi...

10.11.2015 12:34     Ecoreaksiya     2294

Almaniya Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsinin İcraçı Direktoru Rainer Lindner Almaniya və Rusiya arasındakı ticarətin son 3 ildə 2 dəfə azaldığını açıqlayıb. Reaksiya.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində keçirilən Moskva İqtisadi Forumunun "Rusiya-Almaniya iqtisadi əlaqələri: bu gün və sabah" adlı konfransında çıxış edən Rainer Lindner "2012 – ci il məlumatları ilə müqayisə etdiyimiz zaman Almaniya və Rusiya arasındakı ticarətin 2 qat azaldığını görürük" – deyib: "Yenə də alman şirkətləri Rusiyadan çıxmayıb. Bu ölkədə hələ də 6 min şirkətimiz fəaliyyət göstərir. Əgər istehsalda eniş başlasa, bu Rusiya və Almaniyada arasında məşğulluğu təhdid edəcəkdir”.

Qərb və Rusiya arasındakı iqtisadi qarşıdurmanın, Ukrayna ilə Aİ arasındakı azad ticarət müqaviləsinin qüvvəyə mindiyi 1 yanvar 2016 – cı il tarixindən etibarən daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edən alman rəsmisi bildirib ki, Minsk razılaşmasına və digər müzakirə formatlarına əhəmiyyət verilməlidir: “Biz sahibkarlar hər zaman bu körpüləri inşa etməyə çalışdıq və bunu etməyə də davam edəcəyik".

Şərhlər