“Sberbank”ın Kiyev şöbələrində ard – arda iki partlayış

22.06.2015 12:50     Ecoreaksiya     2006

Rusiyanın ən böyük bankı “Sberbank”ın Ukraynanın paytaxtı Kiyevdə yerləşən 2 şöbəsində dünən gecə ard-arda iki partlayış meydana gəlib.

Şahidlərin ilkin ifadələrinə görə, partlayışlar Anna Axmatova Prospekti və Frunze Prospekti üzərindəki Sberbank şöbələrində meydana gəlib.

Russia Today (RT) televiziyası da ilk partlayışın yerli saatla 01.00 meydana gəldiyini, ikinci partlayış səsinin də yalnız bir neçə saniyə sonra yüksəldiyini açıqlayıb. Polis hadisə ilə əlaqədar istintaqa başladıqlarını bildirib.

Xatırladaq ki, “Sberbank”ın Ukraynadakı şöbələri daha əvvəl də hücuma məruz qalmışdı. 

Şərhlər

Çox oxunanlar