Dollar və avro bahalaşdı - Azərbaycanda
11.11.2015 09:46 Ecoreaksiya 2238
Bu gün noyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0504 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,002 manat və ya 0,18% artaraq 1,1301 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə ötən gün olduğu kimi 0,0163 manat səviyyəsində qərarlaşıb.
Şərhlər