"İndiyə kimi Türkiyədə turistlər heç bir təhlükə yaşamayıblar" - Rusiyalı turizm eksperti

11.11.2015 13:14     Ecoreaksiya     2662

Rusiya Turizm Agentlikləri İttifaqının (ATOR) prezidentinin birinci müavini Vladimir Kantoroviç Türkiyənin turistlər üçün təhlükəli ölkə olmadığını vurğulayıb.

Misirlə yanaşı başqa ölkələrə də təyyarə səfərlərinin qadağan olacağı ilə bağlı iddialara toxunan Kantoroviç Avropada da terror hadisələrinin yaşandığına diqqət çəkib. Kantoroviç bildirib ki, təhlükəsizlik məsələləri və digər məqamlar prioritet kimi qalmaqdadır: “Lakin indiyə kimi Türkiyədə turistlər heç bir təhlükə ilə qarşılaşmayıblar. Təkcə elə bunu da anlamaq lazımdır: Bu gün dünyanın hər hansı bir yerində terror təhlükəsi ortaya çıxa bilər. Təəssüf ki, bu gün belə bir dünyada yaşayırıq. Gördüyünüz kimi yay aylarında Fransada, Küveyt və Tunisdə da terror hərəkətlərinin şahidi olduq".

Reaksiya.az xəbər verir ki, “Kommersant” qəzeti Misirlə yanaşı təhlükəsizliyə görə başqa ölkələrə də təyyarə səfərlərinin qadağan oluna biləcəyini iddia etmişdi. İddialardan sonra Rusiya Federasiyası prezidentinin administrasiyasının rəhbəri Sergey İvanov Rusiyanın xüsusi xidmət orqanlarının Misir xaricindəki ölkələrə gedən səfərlərin dayandırılması ilə bağlı bir tövsiyə vermədiklərini açıqlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov da mövzuyla əlaqədar məlumatının olmadığını ifadə edib. 8 noyabrda Rusiya prezidenti Vladimir Putin Rusiyadan Misirə gedən təyyarə səfərlərinin qadağan edilməsini nəzərdə tutan qərarı imzalamışdı.

Şərhlər