Neft qiymətləri yenidən düşə bilərmi?

11.11.2015 13:45     Ecoreaksiya     2424

Onsuz da ciddi təzyiq altında olan neft qiymətləri yenidən problemlə qarşı-qarşıya qalıb. Səudiyyə Ərəbistanının Rusiyanın ənənəvi müştəriləri olan Şimali Avropadakı neftayırma zavodlarını ucuz neftlə təmin etməsi neftin yenidən aşağı düşməsinə şərait yaradır

Reaksiya.az xəbər verir ki, Rusiyanın nəhəng Çin bazarında yeni boru xətti anlaşmaları ilə əldə etdiyi müvəffəqiyyət qarşısında Səudiyyə Ərəbistanı da Avropada strateji hücumlara başlayıb. Belə ki, rəsmi Ər Riyad Polşa və İsveçdə dekabr ayı üçün qiymətlərini aşağı salıb.

“PVM” analiz şirkətindən David Hufton bildirib ki, gələn ilin ilk yarısında neftdən asılı olan ölkələr üçün vəziyyət olduqca çətin olacaq: “Bu dövrdə tankerlər ağzına kimi dolacaq və bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq"r.

Bu proseslərə sanksiyaları aradan qaldırılan İranın bazara girərək neft ərz etməyə başlamasının da təsiri olacaq.

Şərhlər