Çinin iddialı yuan planı

11.11.2015 14:56     Ecoreaksiya     2361

Çin önümüzdəki beşillik plan dövründə köklü iqtisadi və maliyyə islahatlar həyata keçirərək yuanın əhəmiyyətli pul vahidləri arasına girəcəyini bildirib.

Reaksiya.az xəbər verir ki, Çin rəhbərliyi yuanın 2020-ci ilə kimi əhəmiyyətli beynəlxalq pul vahidləri arasına yerləşdirmək üçün bir sıra islahat həyata keçirəcəyini qeyd edib. Çin Mərkəzi Bankının sədri Zhou Xiaouchuan bir iqtisadiyyat jurnalı üçün qələmə aldığı məqalədə sistemli böhranlardan qorunmaq üçün əvvəlcə maliyyə sistemini gücləndiriləcəyini ifadə edib.

Zhou Xiaouchuan 2016 – 2020 – ci illəri əhatə edən yeni beşillik planda Mərkəzi Bankın ünsiyyət üsullarını da dəyişdirəcəyini dilə gətirib.

Çinin dövlət başçısı Xi Jinping bu həftənin əvvəlində, önümüzdəki beşillik dövrdə geniş iqtisadi və maliyyə islahatlar aparılacağını bildirmişdi.

Şərhlər