AŞ Rusiyaya sanksiyaların vaxtını uzadıb

22.06.2015 14:24     Ecoreaksiya     2482

 

Avropa Şurası xarici işlər nazirləri Krım problemi və Ukrayna böhranı səbəb göstərilərək Rusiyaya gətirilən iqtisadi sanksiyaların vaxtını altı ay daha uzadıb.

Lüksemburqda keçirilən Avropa Şurası toplantısından Rusiya ilə bağlı sanksiyaların 31 yanvar 2016 – cı il tarixinə kimi altı ay da qüvvədə qalması ilə qərar çıxarıb. Şuranın qərarının başqa bir üst distansiya tərəfindən təsdiqlənməsi vacib deyil.

AŞ 1 avqust 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməklə bağlı qərar almış və sentyabr 2014-cü ildə də sanksiyaların əhatəsini bir qədər də genişləndirmişdi. Qərar çərçivəsində Rusiya ilə silah ixracatı və idxalı, həmçinin neft istehsalında istifadə ediləcək texnologiya məhsullarının ticarəti qadağan edilib. Rus dövlət bankları, müdafiə və neft şirkətlərinin Aİ – yə üzv dövlətlərdən kredit alması əngəllənib. Təbii qaz ticarəti kimi kilid əməkdaşlıq nöqtəsi isə sanksiyalara daxil deyil.

Tək tərəfli sanksiyaların BMT qərarları baxımından qanuni olmadığını ifadə edən Rusiya iqtisadi məhdudiyyətlərin mühafizə ölkələrə də ziyan vurduğunu bildirərək, bu sanksiyaların ləğvi ilə bağlı çağırışlar edir. Sanksiyalara cavab olaraq Aİ ölkələrindən qida idxalatını dayandıran Rusiya Brüsseldən geri addım gəlməsi halında qida embarqosuna son qoymağa hazır olduğunu bildirir.

Şərhlər