"Rusiya sanksiyalara 1 il də dözə bilər… Amma sonra…” - –Bloombergin şərhi

12.11.2015 10:42     Ecoreaksiya     2580

"Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları qarşısında bir ili daha nisbətən sağlam keçirəcək, daha sonar isə ciddi problemlər yaşanacaq". Bu proqnozlar “Bloomberg” agentliyindən gəlib. Reaksiya.az xəbər verir ki, “Bloomberg” mütəxəssisləri Rusiyanın daxili bazarında gedən prosesləri dəyərləndirərək bir il də Qərbin sanksiyalarını görməməzlikdən gələ biləcəyini bildiriblər.

Rusiyalı şirkətləri 2016-ci ildə bağlamaqla öhdəçilik götürmüş olduqları borclarının 2015-ci ilə görə 44% daha az olduğu ifadə edilən xəbərdə qeyd olunub ki, Rusiyalı şirkətlərin ödəməklə öhdəçilikli olduqları ümumi borc 16,7 milyard dollardır: “Bu borcun böyük hissəsinin aid olduğu dövlət şirkətləri, satış həcmləri 2001-ci ildən etibarən ən aşağı səviyyədə olsa belə, Kremlin qarantiyasında büdcə ehtiyatları sayəsində çox ciddi problem yaşamadan bu ödənişləri edə bilər".

Digər tərəfdən şirkətlərin 2016-2017 – ci illərdə cəmi 72 milyard dollarlıq borc ödəməli olduğuna işarə edən Bloomberg bu nöqtədən sonra rusiyalı şirkətlər ciddi problemlərlə qarşı-qarşıya qala bilərlər xəbərdarlığını edib.

Şərhlər