Qırğızıstan iqtisadiyyatı 10 ayda 4.8% böyüyüb
12.11.2015 12:11 Ecoreaksiya 2920
Qırğızıstanın 2015-ci ilin son 10 ayındakı ÜMD 334 milyard soma (481 milyon dollar) çatıb. Qırğızıstan Milli Statistika Komissiyasının sədri Akılbek Osmonaliyevin açıqlamasına görə, ölkə iqtisadiyyatı bir əvvəlki dövrlə müqayisədə 4.8% nisbətində artış göstərib.
ÜMD içindəki ən böyük payın 49% - lik nisbətlə xidmət sektoru təşkil edir. Sənaye və kənd təsərrüfatı sektorlarının payı isə 16% - də qalıb. Ölkədə inşaat sektoru isə 7% artış göstərib.
Ayrıca, 2015-ci ilin ilk 10 ayında, yerli ehtiyatlar tərəfindən maliyyələşdirilən investisiyalar 11.4% - lik artış göstərərkən, xarici ehtiyatlar tərəfindən təmin edilən investisiyaların isə 15.7% nisbətində eniş göstərdiyi bildirilib.
Akılbek Osmonaliyev ölkədəki turizm sektorunda də artışın olduğunu bildirib. Keçdiyimiz yanvar-sentyabr ayları arasında Qırğızıstanı 1 milyon 200 min xarici turistin ziyarət etdiyini, bu sektordakı artımın da 1.8% olduğu qeyd edilib.
Şərhlər