“Lukoil” Özbəkistanda neftayırma zavodu qurur

12.11.2015 14:20     Ecoreaksiya     2855

Rusiyanın tanınmış “Lukoil” şirkətinin Özbəkistanda qurduğu neftayırma zavodu 2018-ci ildə fəaliyyətə başlayacaq. Reaksiya.az xəbər verir ki, bu barədə Özbəkistan prezidenti İslam Kərimovla Daşkənddə danışıqlar aparan Rusiyanın neft şirkəti “Lukoil”un İdarə heyətinin sədri Vahid Ələkbərov görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Prezident sarayı Aksarayda reallaşan görüşdə dövlət başçısı Kərimov Özbəkistanda mövcud təbii qaz və neft investisiyalarında “Lukoil”in əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Görüşdə Özbəkistandakı investisiya qoymağa davam edəcəklərini söyləyən “Lukoil” prezidenti V. Ələkbərov isə tikintisi davam edən yeni zavodların 2018-ci ildə tamamlanmasını hədəflədiklərini söyləyib. Ələkbərov şirkət kimi Özbəkistanda planladıqları bütün investisiyaların zamanında tamamlanacağını və bunların ölkə iqtisadiyyatı üçün əhəmiyyət daşıyacağını ifadə edib.

Özbəkistanda 5 milyard dollar dolayında investisiyası olan “Lukoil” neft və təbii qaz axtarışları ilə yanaşı neft də çıxarır. “Lukoil” Özbəkistanda ayrıca ildə təqribən  8 milyard kubmetr təbii qaz istehsal edəcək qaz emalı zavodu da quracaq.

Şərhlər