"Türkiyə enerji alqı-satqılarından qazanacaq" - Fatih Birol

12.11.2015 17:03     Ecoreaksiya     2997

Beynəlxalq Enerji Agentliyi (BEA) idarə heyətinin sədri Fatih Birol önümüzdəki dövrdə Türkiyənin enerji müqavilələrinə bağlı danışıqlardan xeyli güclənəcəyini ifadə edib.

Reaksiya.az – açıqlamasında qlobal enerji təchizatının ortaya yeni oyunçuları çıxaracağını bildirən Birol qeyd edib ki, Türkiyənin enerji tədarükündə gücü həddən artıq böyüyə bilər: “İran beynəlxalq ictimaiyyət ilə problemi tam mənasıyla həll etdikdən sonra həm neftdən həm təbii qazda dərhal olmasa belə yavaş-yavaş əhəmiyyətli bir aktor olaraq ortaya çıxacaq, bu isə Türkiyəyə və digər ölkələrə imkanlar təqdim edəcək".

Birol, təbii qaz qiymətlərində daşıma xərclərinin əhəmiyyətli bir ünsür halına gəldiyini vurğulayaraq qeyd edib ki, İran Türkiyənin yaxın qonşusu olduğu üçün əldə ediləcək razılaşmalarda, hətta müzakirə olunacaq müqavilələrdə belə Türkiyənin rolu xeyli güclənəcək.

Son dövrdə qlobal neft qiymətləri ilə bağlı fikirlərini oxucularla bölüşən Birol hazırda neftin  bir barelin 50 dollar olduğunu bildirib.  Amma o, neftin daha nə qədər belə qalacağını bilmədiyini də söyləyib: “Görəsən bəzilərinin düşündüyü kimi 10-15 il də 50 dollar civarında qala bilərmi deyə baxırıq. Cavab isə ola bilməzdir. Önümüzdəki illərdə neft qiymətlərinin təkrar yüksəlişə keçəcəyini düşünürük".

Şərhlər