Bu aviareyslər ləğv edilir

13.11.2015 14:01     Ecoreaksiya     2080

Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu faktı AZAL-ın mətbuat xidmətindən təsdiqləyiblər.

Mətbuat xidmətindən reyslərin ləğv olunmasına səbəb kimi onların rentabelli olmadığı bildirilib: "Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir".

Qeyd olunub ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar isə noyabrın 21-də ləğv ediləcək.

Şərhlər