Rusiya neft satışında Brentdən müstəqil olmaq üçün ilk addımını atıb

13.11.2015 15:04     Ecoreaksiya     3020

Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft ticarətində yeni bir dövrə qədəm qoyur. Reaksiya.az Ruisyanın xəbər agentliklərinə istinadən xəbər verir ki, Rusiyanın Ural və ESPO xam neftinin Brent markası kimi yeni bir qiymətləndirmə ölçüsü olması yolunda sınaq əməliyyatlarına başladığı ilə bağlı xəbərlər yayılıb.

Rusiya neftinin Brent kvotalarından asılılığını azaldacaq və qiymətini artıracaq neft standartında test əməliyyatlarına başlaması sayəsində, prezident Putinin uzun müddətdir arzu etdiyi rubl ilə neft satışı məsələsində də ilk addımın atılacağı ifadə edilir.

Rusiyanın öz neft standartını yaratması fikri bir neçə ildir ki, gündəmdədir. Ural və ESPO nefti, sabit və şəffaf qiymətləndirmə və daşınma zəmanəti olmadığından, Brent neftə görə endirimli qiymətlə satışa çıxarılır.

Şərhlər