500 manatlıq avtomobil hərracı ajiotaj doğurdu - FOTOLAR

13.11.2015 15:47     Ecoreaksiya     2630

ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədilə bu gün Bakıda auksion keçirib.

Reaksiya.az virtualaz.org saytına istinadən xəbər verir ki, 10 avtomobilin satışa çıxarıldığı auksionda minimum qiymət 500 manatdan başlayıb.

Auksionun keçirildiyi Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında xeyli sayda insan toplaşıb. İştirakçılara auksion şərtləri və satışa çıxarılan avtomobillərin texniki göstəriciləri ilə bağlı məlumatlar paylanıb.

Maşın almaq istəyənlər səhər saat 09:00-dan 11:00-a qədər avtomobillərə baxış keçirib, 11:00-dan etibarən isə onların satışı başlayıb.

Avtomobil həvəskarları arasında ajiotaj doğurmuş hərraca çıxarılan maşınlar arasında “Mitsubishi”, “Ford”, Toyota”, “Chevrolet” markalı avtomobillər olub. Onu da qeyd edək ki, auksionda mətbuatın çəkiliş aparmasına icazə verilməyib.

http://i.virtualaz.org/117498_src.jpg

http://i.virtualaz.org/117502_src.jpg

http://i.virtualaz.org/117504_src.jpg

http://i.virtualaz.org/117500_src.jpg

Şərhlər