Dollar bahalaşdı - Azərbaycanda

16.11.2015 09:46     Ecoreaksiya     1980

Bu gün noyabrın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın

13-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0506 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0072 manat və ya 0,64% azalaraq 1,1262 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb.

Şərhlər