İqlim dəyişikliyi biznes dünyasına da təsir edəcək

16.11.2015 15:49     Ecoreaksiya     2899

Yeni aparılan bir araşdırma, iqlim dəyişikliyinin yalnız ətraf mühitə yox, eyni zamanda biznes dünyasına mənfi təsir göstərə biləcəyini ortaya qoyub. Mütəxəssislər, təcili tədbir görməyi tələb edir.

Parisdə keçirilməsi planlaşdırılan BMT Ətraf Mühit Konfransının başlamasına üç həftədən az bir müddət qalıb, amma dünya ictimaiyyətə açıqlanan bir araşdırma siyasətçiləri bir an öncə geniş miqyaslı tədbirlər görməyə məcbur edəcək deyəsən.

Kembridc  İdarə Etmə İnstitutunun analizi iqlim dəyişikliyinin maliyyə bazarlarına təsirinə diqqət edən ilk elmi iş mahiyyətindədir. Kembridcdə araşdırmaçılar əvvəlcə iqlim dəyişikliyinin 35 il sonrakı iqtisadi gedişlərə, həmçinin, önümüzdəki beş il ərzində maliyyə bazarlarına necə təsir edə biləcəyinə dair mülahizələr yürüdüblər.

İqtisadiyyata qısa və uzunmüddətli təsirlər

Araşdırmaya görə, siyasi tədbirlərlə qlobal istiləşmənin məhdudlaşdırılması qısamüddətli dövrdə real iqtisadiyyata və maliyyə iqtisadiyyatına mənfi təsirləri olsa belə, uzunmüddətli dövrdə dünya iqtisadiyyatına müsbət mənada təsir edəcək. Araşdırmada qlobal istiləşməni "iki dərəcə ilə məhdudlaşdırma hədəfi"nə çatacağı təqdirdə qlobal məhsul 20% civarında artış göstərəcəyi ehtimalına diqqət çəkilir. Ancaq siyasi dairələrimn lazımlı tədbirləri almaması halında enerji istehlakında kəsrin daha da artacağı araşdırmaçıların gəldiyi nəticələr arasındadır.

İnvestorlar önümüzdəki beş il ərzində əhəmiyyətli çətinliklərin öhdəsindən gəlmək gücündədirlər. Çünki fosil enerji növlərinin istehlakı artacağı təqdirdə, xüsusilə səhmdar cəmiyyətlər şəklində formalaşan investorlar təxminən 45% civarında dəyər itkisi yaşanacaq. Araşdırmanı hazırlayan mütəxəssislər, erkən davranan investorların iqlim dəyişikliyindən nisbətən daha az ziyan çəkən ölkələrə və firmalara əvvəlcədən investisiya qoyaraq özlərinə rəqabət üstünlüyü təmin edə biləcəyini, ancaq bunun belə risklərin heç də hamısını aradan qaldırmayacağını ifadə edirlər.

Dr. Scott Kelly: “Siyasətçilər bir qərara gəlməlidirlər”

Araşdırmanı qələmə alanlardan Scott Kelly mətbuata verdiyi açıqlamada, siyasətçilərin bu araşdırmaların nəticələrinə baxaraq Parisdə bəzi qərarlar qəbul etməli olduqlarını bildirib: "Əsas mesajlarımız iqlim dəyişikliyi risklərinin qaçılmaz olduğunu investorlara göstərmək və onların bu riskləri öncədən nəzərə almalarını təmin etməkdir".

İqlim dəyişikliyi ciddi bir təhdiddir

İngiltərə Mərkəz Bankının direktoru Mark Carney də iqlim dəyişikliyini maliyyə dünyasının sabitliyi baxımından ciddi bir təhdid kimi gördüyünü bildirib. Məsələn, hava şəraitinə bağlı olaraq sığortalamaq əməliyyatlarının 1980-ci illərdən etibarən böyük ölçüdə artış göstərdiyinə diqqət çəkən bank direktoru iqlim dəyişikliyinin bu gün qarşıya qoyduğu vəzifələrin gələcəkdəki vəzifələrlə müqayisədə xeyli yüngül olacağını bildirib.

Şərhlər