OPEC nefti 40 dollardan aşağı salıb
17.11.2015 10:46 Ecoreaksiya 2614
OPEC-in satdığı neftin qiyməti 6 il sonra ilk dəfə 40 dolların altına düşüb
OPEC-in satdığı xam neftin qiyməti 2009-cu ildən etibarən ilk dəfə 40 dolların altına düşüb. Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, verilən açıqlamada, xam neftin orta qiymətinin dünən 39,21 dollara endiyi ifadə edilib.
“Bloomberg” agentliyinin bildirdiyinə görə, Beynəlxalq Enerji Agentliyi Direktoru Fatih Birol, neft qiymətlərindəki düşüşün OPEC üzvü ölkələrin gəlirlərində 550 milyard dollar geriləməyə yol açacağını nəzərdə tutub. Üzv ölkələr son 5 ildə orta hesabla illik 5 trilyon dollar gəlir əldə edib.
OPEC neft nazirləri strategiyalarını nəzərdən keçirmək içni 4 dekabrda Vyanada təkrar görüşəcəklər.
Qeyd edək ki, “Brent” neftin qiyməti 44,5, “WTİ” neftinin qiyməti 41,8 dollar civarındadır.
Şərhlər