"Qərb zamin durarsa, Ukraynanın 3 milyard dollarlıq borcunu bağışlaya bilərik". - Putindən təklif

17.11.2015 11:21     Ecoreaksiya     2993

Beynəlxalq Valyuta Fondu Rusiya Dövlət Başçısı Vladimir Putinin Ukraynanın borcunun yenidən qurulması ilə əlaqədar təklifinə müsbət yaxınlaşdı. “RİA Novosti”nin Putinin şərhi mövzusunda dəyərləndirmələr edən BVF sözçüsü Gerry Rice Putinin Ukraynanın Rusiyaya olan 3 milyard dollarlıq borcunun yenidən ödənilməsi mövzusundakı təklifinin müsbət bir addım olduğunu bildirib. Təklifin detalları Rusiya və Ukrayna rəhbərlikləri tərəfindən müzakirə edilməlidir: “Danışıqların nəticələrini gözləyirik".

Rusiyalı lider bu gün G20 sammitinin yekun iclasında verdiyi açıqlamada bildirib ki, Ukraynanın Rusiyaya dekabrda ödəməli olan və ödənməməsi vəziyyətində ölkəni iflasa sürükləyən 3 milyard dollarlıq borcu yenidən konfiqurasiya qərarı aldıqlarını bildirmişdi:  “Ukraynanı çətin vəziyyətə salmamaq üçün tərəfdaşlarımız üçün bir təklif hazırladıq” - deyən Putin, bunları söyləmişdi: “Sadəcə Ukraynanın borcunu yenidən konfiqurasiya qəbul etməklə kifayətlənmədilər. Beynəlxalq Valyuta Fondunun bizdən istədiyindən daha yaxşı şərtlər təklif etdik. Ukraynanın bu il heç bir ödəmə etməməyə hazırıq. Təklifimizin qəbul edilməsi halında Ukrayna borcunu 2016-2018-ci illərdə hər il 1 milyard dollar olaraq geri ödəyə bilər”.

Bu zaman Putin Antaliyada verdiyi şərhdə, haqqında danışılan yenidən konfiqurasiya üçün Ukraynanın borcuna ya ABŞ, ya Aİ ya da sözünün kəsəri olan beynəlxalq bir təşkilatın zamin olmasını şərt qoymuşdu.

Şərhlər