İran Hindistanın ən böyük neftayırma zavodunu alacaq

17.11.2015 12:14     Ecoreaksiya     2310

İranın Neft nazirinin müavini Abbas Kazımi İranın Hindistanın ən böyük neftayırma zavodunda almaq üçün bu şirkətlə müzakirəyə başladığını bildirib. Reaksiya.az  “Mehr” Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran sanksiyalardan sonrakı dövrdə dünyanın iri neftayırma şirkətlərini satın almaq üçün planlar qurur. Belə ki, İran Neft nazirinin müavini Abbas Kazımi mətbuata açıqlamasında ölkəsinin bu istiqamətdə Latın Amerika və Asiya neftayırma zavodları ilə müzakirələr apardığını açıqlayıb.

Avropa, Asiya və hətta Afrika neftayırma şirkətləri ilə bu şirkətlərin səhmlərini almaq üçün görüşdüklərinin vurğulayan Kazımi İranın xam nefti etibarlı və uzunmüddətli müştərisi olan bazarlara göndərilməli olduğunu bildirib.

Qeyd edək ki, hazırda Əssar Neft, Mangalore Neftayırma və Hindistan Neft Şirkəti Asiya və hətta dünyada xam neftin ənənəvi müştərisi sayılırlar. Əssar Neft də İran xam neftinin Hindistan bazarındakı ən etibarlı şirkətidir.

Şərhlər