İşğal nəticəsində Azərbaycana dəyən maddi zərərin məbləği məlum oldu
18.11.2015 11:51 Ecoreaksiya 2154
Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi maddi zərər məbləği 818,88 milyard ABŞ dolları təşkil edir.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun bu gün təqdim olunan hesabatında deyilir.
Qeyd olunub ki, İşçi Qrupu dəymiş zərərin hesablanması işlərini davam etdirir. Araşdırmalar nəticəsində dəymiş zərərin məbləğinin artacağı istisna edilmir.
Hesablamaların aparılmasında məqsəd Ermənistandan təzminat tələb etmək və bu məsələni beynəlxalq səviyyədə qaldırmaqdır.
Şərhlər