"İqtisadiyyat ciddi bir azalmanın təzyiq altındadır" - Çin prezidenti
18.11.2015 15:15 Ecoreaksiya 2585
Çinin dövlət başçısı Xi Jinping böyümə ilə bağlı risklərə diqqət çəkərək Asiyanın ən böyük iqtisadi nəhənginin hələ də güclü olduğnu və islahat yolunda inamla davam edəcəyini söyləyib.
Reaksiya.az xəbər verir ki, Manilada təşkil edilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq zirvəsində çıxış edən Xi Jinping bildirib ki, Çin islahatlarda bu il yavaşlayan qlobal böyümədən qaynaqlanan çətinlikləri aradan qaldırmaq üçün çalışır və xarici investisiya məsələsindəki siyasətini dəyişdirməyəcək.
ABŞ prezidenti Barak Obamadan sonra kürsüyə çıxan Çinin dövlət başçısı ümumi olaraq, Çinin müsbət iqtisadi əsasları və uzunmüddətli izlədiyi yolun dəyişmədiyini bildirib: "Digər tərəfdən, Çin iqtisadiyyatı hələ də mürəkkəb daxili və xarici problemlərlə, ciddi bir enmə ilə və dərin islahatların müvəqqəti çətinlikləri ilə məşğul olur".
Şərhlər