Yunanıstan üçün cümə axşamı veriləcək
23.06.2015 12:07 Ecoreaksiya 2205
Avrozona üzvü 19 ölkənin maliyyə nazirlərinin Brüsseldə keçirdiyi yığıncaqda, kreditorlardan daha çox borc almalı olan Yunanıstanın maliyyə böhrandan xilas olmasına yönəlik bir razılaşma əldə ediləcək.
EuroQrupun rəhbəri Jeroen Dijsselbloem görüşdən sonra verdiyi açıqlamada yunan hökumətinin təkliflərinin müzakirəyə gecikdiyini və prosesin məhdudlaşmasına görə bir nəticəyə vara bilmədiklərini söyləyib.
Hollandiya Maliyyə Naziri Dijsselbloem bildirib ki, bu çox qısa bir mətbuat konfransı olacaq, çox qısa bir Avroqrupu görüşünü reallaşdırıblar.
Yunan hökumətinin səhər saatlarında bir təklif etdiyini ifadə edən Dijsselbloem vurğulayıb ki, bunu məmnuniyyətlə qarşılayıblar və bunun doğru müsbət bir addım olduğunu görüblər.
Dijsselbloem Beynəlxalq Valyuta Fondu (IMF), Avropa Mərkəzi Bankı və Avropa Birliyi Komissiyası rəsmilərinin bu təklifi dəyərləndirmək üçün kifayət qədər vaxtı olmadığını ancaq təklifin araşdırılmasına başlandığını ifadə edib. BVF rəhbəri Kristina Lagarde mətbuat konfransında iştirak etməməsi də bu prosesin qiymətləndirməsinin başladığı şəklində şərh olunub.
Brüsseldə cümə axşamı günü başlayacaq və iki gün davam edəcək Aİ liderləri zirvəsinə kimi Yunanıstandakı maliyyə böhranın həllinə yönəlmiş müqavilə imzalanmalıdır.
Şərhlər