Bakı-Gəncə aviareysi bərpa olundu

19.11.2015 10:01     Ecoreaksiya     1917

Bakı-Gəncə aviareysi bərpa olunub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.

Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə və bazar günləri təşkil olunacaq”, - deyə P. Kəsəmənski bildirib.

P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan etmişdi. Lakin qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.

Şərhlər