Rusiyada bazarlara “G20” dopinqi: - 8 ay sonra psixoloji sədlər aşıldı

19.11.2015 10:49     Ecoreaksiya     2400

Rusiya ilə Qərbin "terrorla mübarizə" üçün yenidən yaxınlaşma əlamətləri göstərməsiylə Rusiyada bazarlar mənəvi rahatlığa qovuşarkən, xarici investorların ölkəyə olan marağı daha da canlanmağa başlayıb. Reaksiya.az xəbər verir ki, bəzi investorlar, birdən qiymətlərinin yüksəlməsindən çəkindikləri Rusiya səhmlərini təcili satın aldıqları bildirilir.

Qərbin Moskva ilə bağlı sanksiyaları qaldırmaması ilə birlikdə Rusiya birjalar dünyadakı ən ciddi yüksəlişi yaşayarkən, xarici investorların da ölkəyə marağı yenidən artmağa başlayıb.

Məsələn, İsveçin öndə gedən banklarından “Swedbank Robur”un, Rusiyanın social investisiya şirkətlərinin hissələrinə ciddi investisiya qoyduğu açıqlanıb.

Finanz.ru saytına daxil olan xəbərdə bildirilir ki, “Swedbank Robur”un investisiya müşaviri Yelena Love bildirib ki, Rusiya səhmlərinin qiymətlərinə təsir edən siyasi risklər azalır: “Bir vaxtlar Rusiya səhmlərini bazarın altında qiymətləndirən xarici investorlar, indi çaxnaşma halında bu səhmləri satın alırlar".

Kredit dərəcələndirmə quruluşunun “Standard & Poors” da, Rusiya ilə bağlı  "izoliasiya"ya son qoyulacağı təqdirdə, ölkənin kredit qeydiyyatının yenidən incələnə biləcəyini açıqlayıb.

Şərhlər