"Çin və digər risk faktorları ciddi nəzarətə götürülsün" - Yaponiya Mərkəzi Bankının sədri

19.11.2015 12:35     Ecoreaksiya     2814

Yaponiya Mərkəz Bankının sədri Haruxiko Kuroda regionda maliyyə siyasətində hər hansı bir dəyişikliyin baş verməməsinin açıqlanmasından sonra indilərdə Tokioda təşkil edilən mətbuat konfransında bəzi mövzulardan danışır. Reaksiya.az xəbər verir ki, Haruxiko Kuroda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında problemlərdən, ixracata və istehsala mənfi təsir etdiyinə dair fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. O, eyni zamanda aşağıdakı fikirləri səsləndirib:

Bəzi göstəricilər son zamanlarda zəiflik göstərsə də, ümumi mənada inflyasiya gözləntiləri uzunmüddətli ola bilər.

İnventar investisiyalarının artmasından sonra sənaye istehsalının artması gözlənilir.

İxracatın hələ bir müddət də aşağıya düşməsindən sonra yüksəlişə keçməsi mümkündür.

İstehlakçı infilyasiyasının 2016 – cı ilin ikinci yarısında 2% - ə yaxınlaşması gözlənilir, lakin bu vəziyyət neft qiymətlərindəki düşüş davam edərsə, çətinləşə bilər.

Sərmayə investisiyalarının uyğunlaşdırmalara necə təsir edəcəyi diqqətlə incələnməlidir

Paris hücumları istehlakçı etibarına ciddi mənada təsir edəcək.

Terör hücumlarının qlobal iqtisadiyyata mənfi təhdidləri elə də çox olmayacaq.

Şərhlər