ABŞ Avropaya ilk təbii qaz nəqlinə başlayır: - “Qazprom” əks hücuma keçə bilər
19.11.2015 12:54 Ecoreaksiya 2892
Təbii qaz ehtiyatları Rusiyanın başlıca bazarı olan Avropaya gözünü dikən ABŞ ilk konkret addımını atıb. Belə ki, Avropada Rusiyaya alternativ olaraq ABŞ-dan ilk təbii qaz Litvaya satılacaq.
Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Litvaya ilk mayeləşdirilmiş təbii qaz daşınmasına 2016 – cı ilin fevralından etibarən başlanılması planlaşdırılır. ABŞ qazının Litvanın Baltik dənizi sahilindəki Klaipėda şəhərində olan "Nezavisimost" terminalına nəql ediləcəyi ifadə edilir.
Bu barədə Litvanın “Litgas” və ABŞ - ın “Chénier Energy” şirkətləri keçən ilin fevral ayında razılığa gəlmişdilər.
Litva, Latviya, Estoniya və Polşa, Polşadan Litvanın cənub-şərqinə uzanacaq 534 kilometrlik, ildə 2,4 milyard kubmetr həcmi olan təbii qaz boru xəttinin inşası üçün müqavilə imzalamışdılar.
Mütəxəssislər Rusiyanın Avropa bazarını əldən verməmək üçün əks hücuma keçəcəyini istisna etmirlər. “Qazprom”un, Avropalı istehlakçılar üçün qiymətləri aşağı salacağı da bildirilir.
Şərhlər