Rusiyadan Ukraynaya qida embarqosu

19.11.2015 15:25     Ecoreaksiya     2656

Aİ və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara Ukraynanın da qoşulmasından sonra Moskva səssiz qalmayıb. Daha əvvəl Ukraynaya xəbərdarlıq edən Rusiyaya qida embarqosu tətbiq etmək qərarı alıb. Reaksiya.az “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, Rusiya İqtisadiyyat və İnkişaf naziri Aleksey Ulyukayev 1 yanvardan etibarən Rusiyanın Ukraynaya qida embarqosu qoyacağını söyləyib.

Nazir bildirib ki, madam, Ukrayna Rusiya Federasiyasına tətbiq olunan iqtisadi və maliyyə sanksiyalarına qoşulur, biz də qida embarqosu qoyaraq qoruyucu tədbirlərini  aldıq: “Bu əslində təxirə salınmış bir qərardır" - deyib və yeni qida sanksiyalarının 1 yanvardan etibarən etibarlı olacağını ifadə edib.

İqtisadiyyat naziri daha əvvəl, Ukraynaya qarşı bir sanksiya qərara alınması vəziyyətində, tətbiq olunacaq sanksiyaların Qərbə məhsulların eynisi olacağını açıqlamışdı.

Nazirin açıqlamasına görə, Ukraynaya tətbiq olunacaq embarqo nəticəsində ortaya çıxacaq iqtisadi ziyan illik bazda 100 milyard rubl (1,5 milyard dollar) civarında olacaq.

Medvedev daha əvvəl xəbərdarlıq etmişdi

Avqust ayının ortalarında mövzuyla əlaqədar açıqlama verən Rusiya baş naziri Dmitri Medvedev Ukraynanın Aİ ilə tərəfdaşlıq müqaviləsi imzalaması halında Ukraynadan kənd təsərrüfatı məhsulları almağı dayandıracaqlarını söyləmişdi. Medvedev həmçinin iqtisadi problemlərin həlli üçün Kiyevə 2015 – ci ilin sonuna kimi vaxt vermişdi.

Şərhlər