Türkmənistan neft-qaz sektoruna yeni investorlar cəlb edəcək

19.11.2015 16:21     Ecoreaksiya     2919

Türkmənistan Neft, Qaz və Təbii ehtiyatlar naziri Muhammetnur Xəlilov Xəzər dənizində olan neft və təbii qaz üçün əlaqədar şirkətlər ilə müzakirə masasına oturmağa hazır olduqlarını açıqlayıb. Dünyanın ən böyük təbii qaz ehtiyatına sahib ölkələrdən olan Türkmənistanın təbii qaz və neft sektorundakı investisiya imkanları, paytaxt Aşqabadda təşkil edilən Beynəlxalq Neft və qaz 2015 mövzulu sərgi və konfransda araşdırılıb. Reaksiya.az xəbər verir ki,sərgidə dünyanın 40 ölkəsindən 160 nəhəng enerji şirkəti iştirak edib, eyni zamanda konfrans üçün Aşqabada aralarında yüksək səviyyəli dövlət rəsmilərinin də olduğu 50 ölkədən 600 nəfərə yaxın enerji mütəxəssisi gəlib.

Orta Asiya bölgəsinin və eyni zamanda keçmiş Sovetlər Birliyinə daxil olan dövlətlərin üzv olduğu Müstəqil Dövlətlər Birliyi üzrə ən böyük sərgi təşkilatı olan “Türkmənistan Neft və qaz 2015” sərgisində

təşkil edilən konfransda çıxış edən Türkmənistan Neft,qaz və təbii ehtiyatlar naziri Muhammetnur Xəlilov Türkmənistanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq etməsi üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib. Nazir Xəzər hövzəsinin enerji baxımından zəngin bir bölgə olduğunu və Asiya ilə Avropanın əsas nəqliyyat dəhlizlərinin mərkəzindən keçərək, regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə sahib olduğunu ifadə edib.

Türkmən qazının Avropaya çatdırılması üçün Avropa İttifaqı cəbhəsində ciddi bir səy var. 2015-ci ilin mayında Aşqabadda Türkmənistan-Azərbaycan-Avropa İttifaqı-Türkiyə xəttində dördlü görüş keçirilib. Bu görüşdə, enerji ehtiyatlarının dünya bazarına, xüsusilə Avropaya çatdırılmasına istiqamətli prioritetli mövzular ələ alınmışdı. O görüşdə, dördtərəfli enerji əməkdaşlıq üçün bir bəyannamə imzalanmışdı.

Nazir həmçinin, Türkmənistanın neft qaz sektoru üçün yeni investorlara qapılarının açıq olduğunu qeyd edib.

Dünyanın təbii qaz ehtiyatları baxımından 4 - cü böyük ölkəsi olan Türkmənistan Çin, İran və Rusiyaya təbii qaz ixrac edir. Dekabr ayında Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) təbii qaz boru xətti layihəsinin əsasını qoyacaq olan Türkmənistan rəhbərliyi Avropaya da qaz satmaq istəyir.

Şərhlər