"Ukrayna şok mərhələsindən çıxdı"
20.11.2015 12:31 Ecoreaksiya 2734
Daxili qarışıqlıqlar və iqtisadi böhranın pəncəsində olan Ukraynadan nisbətən müsbət bir xəbər gəlib. Hökumət, ölkənin texniki olaraq şok mərhələsindən çıxdığını açıqlayıb. Reaksiya.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Ukrayna iqtisadiyyatında 1,5 ildir davam edən şok mərhələsi nəhayət ki, başa çatıb.
Ukrayna iqtisadiyyatının ilin üçüncü rübündə bir əvvəlki rübə görə 0,7% böyüməyə başladığı açıqlanıb.
Kiyev bunun iqtisadiyyatdakı canlanma prosesinin başlanğıcı olduğunu müdafiə edir.
Ukrayna iqtisadiyyatı son bir ildə 7% azalıb. Ölkədə kənd təsərrüfatı, yük daşımaları və sənaye sektorlarındakı hiss olunan canlanma ilə bəzi mütəxəssislər, iqtisadiyyatda sabitlik əlamətləri olduğunu müdafiə edirlər.
Şərhlər