Dolların bugünkü məzənnəsi

23.11.2015 10:06     Ecoreaksiya     2115

Bu gün noyabrın 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 23-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 20-si ilə müqayisədə 0,0005 manat və ya 0,5% artaraq 1,0511 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0101 manat və ya 0,9% azalaraq 1,1156 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62% artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.

 

Şərhlər