Dollar bahalaşdı - Azərbaycanda
25.11.2015 09:30 Ecoreaksiya 2447
Bu gün noyabrın 24-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Reaksiya .az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 25-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,0001 manat və ya 0,1% azalaraq 1,0509 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,24% artaraq 1,1198 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26% artaraq 0,0161 manat səviyyəsində qərarlaşıb.
Şərhlər