Dolların bugünkü məzənnəsi
27.11.2015 09:53 Ecoreaksiya 2160
Bu gün noyabrın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi sabit qalıb.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 27-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,0511 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0012 manat və ya 0,11% azalaraq 1,1152 manata enib.
Qeyd edək ki, avronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir. Belə ki, bu ay ərzində ən aşağı göstərici noyabrın 23-də olub. Həmin gün Avrozonanın vahid valyutasının manata nisbətdə rəsmi məzənnəsi 1,1156 manat idi.
Şərhlər