Azərbaycan OPEC-dən üz çevirdi - Nazirdən açıqlama
27.11.2015 14:16 Ecoreaksiya 2084
Azərbaycan OPEC-in növbəti iclasında iştirak etməyəcək.
Reaksiya.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə energetika naziri Natiq Əliyev deyib.
N. Əliyev deyib ki, Azərbaycan bir neçə dəfə OPEC-in iclaslarında iştirak edib: "Mən OPEC-in iclaslarında iştirak etməkdə bir məna görmürəm. Orada nə bizi dinləyən var, nə də ki, hansısa qərarlara təsirimiz var. Sonda neft hasilatı kvotasının artırılıb-artırılmayacağı ilə bağlı qərar açıqlanır. Ona görə bu iclaslarda iştiraka böyük əhəmiyyət vermirəm. Orada hər hansı sensasiyalı qərar qəbul olunacağını da gözləmirəm".
Şərhlər