Bakının “Şeytan çarxı”nın görüntüsü - VİDEO
24.06.2015 14:25 Maraqlı 3615
Yay fəslinin gəlişi, I Avropa Oyunlarının keçiriliməsi və ən əsası da bunların məktəbli tətilləri ilə bir mövsümdə birləşməsi paytaxt Bakının əyləncə və istirahət mərkəzlərinin işini gücləndiriliməsinə səbəb olub. Bütün bunları nəzərə alan Bulvar İdarəsi bir çox əyləncə mərkəzlərində iş vaxtını da uzadıb. Bulvara üz tutan sakinlərin ən çox marağına səbəb olanlardan biri də “Şeytan çarxı”dır.
Hündürlüyü 60 metr olan panoram atraksionundan şəhərin bütün gözəl mənzərələrini izləmək mümkündür. Atraksiondakı kabinələrin hər biri kondisioner sistemi ilə təchiz olunub, sərnişinlərin vaxtlarını əyləncəli keçirməsi üçün isə onlara kiçik monitorlar qurlaşdırılıb.
Adı “Şeytan çarxı” olan paytaxtın ən hündür attraksionunda bütün təhlükəsizlik tədbirləri də həyata keçirilib. 2-si VİP olmaqla ümumilikdə 30 kabinəsi olan atraksionun adı kabinləri 8, VİP kabinləri isə 4 nəfər üçün nəzərdə tutulub. Bakı gecələrinin gözəlliyini hündürdən seyr etmək istəyənlər üçün də bura çox münasib və həyəcanverici məkandır.
Şəhəri ovuc içi kimi seyr etmək isə yaşından aslı olmayaraq hər kəsin, həm böyüklərin, həm də uşaqların marağına səbəb olur. Bir əsrlik tarixi olan Bakı Dənizkənarı Bulvarın bu atraksionu Qafqazda öz böyüklüyü ilə seçilir. Günü - gündən gözəlləşən və böyüyən Bulvar ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.
Şərhlər