NASA: "Yaxın illərdə 45 dərəcə isti tez – tez təkrarlanacaq"

25.06.2015 11:12     Maraqlı     2483

 

 

NASA, 21 fərqli iqlim modelini dəyərləndirərək 2099 – cu ilə kimi qlobal istilik xəritəsini hazırlayıb

 

NASA – nın araşdırmasına görə, 2099 – cu ilin iyununda Günəşin batdığı yerlərdə istilik minimum -10 dərəcə olacaq, gündüzlər isə 45 dərəcə isti müşahidə olunacaq. Xəritədə, 2015-ci ilin əvvəlində milyonda 400 hissəcik olan CO2 səviyyəsi, milyonda 900 hissəciyə yüksəldiyi göstərilib. Dünyadakı bölgə və şəhərlərə görə istiliyin dəyişməsinə aid məlumat təqdim edən NASA Earth Exchange (NEX) məlumatından yola çıxılaraq hazırlanan xəritədə 2099 – cu ilə kimi gündəlik istilik dəyişməsinin necə olacağı haqqında da proqnozlar verilib NASA mühəndislərindən Ellen Stofan hesab edir ki, qlobal istiləşmənin sel ilə quraqlığı necə oyandıracağı və hava axınlarını necə dəyişdirəcəyi məsələsi ilə bağlı fəaliyyət proqramları artıq hazırdır:” Müasir texnologiyalar və yeni üsullar sayəsində dünyanı kosmosdan daha yaxşı müeşahidə edirik. Bunun sayəsində gələcəkdə baş verəcək qlobal istiləşmə ilə mübarizə aparmağımızı təmin edəcək məlumatlar yığırıq. Bu məlumatlar, Amazon web xidmətləri üzərindən cəmiyyətə də təqdim edilir. OpenNEX proqramı vasitəsilə istəyən hər kəs müxtəlif iqlim modelləri ilə bağlı araşdırma apara bilər”.

Şərhlər