Telefonları dəyişdirəcək 5 Texnologiya!

29.06.2015 09:12     Maraqlı     2346

Ağıllı telefonlarda indiyə kimi görə bilmədiyimiz böyük dəyişikliklər, bu 5 texnologiya vasitəsi ilə reallaşacaq!

 

Ağıllı telefonlar, iPhone- nun bazara çıxmasından sonra sürətlə inkişaf etməyə başlayıb. Keyfiyyət artmağa davam edərkən, eyni şəkildə emal gücü də hər keçən gün adi kompyuterlərə xeyli yaxınlaşır. Ancaq texnologiya inkişaf etsə də, ondna istifadə formamızı demək olar ki, dəyişməmişik. Ağıllı telefonları 2007-ci ildən bəri demək olar ki, eyni formada istifadə edirik.

Ancaq telefonlar haqqında bildiklərimizi dəyişdirən texnologiyalar da yaradılır. Bu da telefonlarımızı dəyişdirəcək, bəlkə də heç eşitmədiyiniz 5 texnologiyalar:

Dərinlik kamerası: Dərinlik kameraları, fotoşəkildəki pikseldən dərinliyi qəbul edə bildiyi üçün fotoşəkilin 3 ölçülü həndəsəsini ortaya çıxara bilər. SLAM (eyni vaxtda mövqe və xəritə şəkili) adındakı funksiyanın köməyi ilə telefonunuz, harada olduğunu müəyyən etdiyi kimi, gerçək obyektləri ayırd edə bilir. Bununla da özünüz üçün  visual oyunlar yarada bilərsiniz. Məsələn, mağazada gəzərkən tam olaraq harada olduğunuz müəyyən edə bilər, telefonunuz sizə axtardığınız məhsulun yerini təsvir edə bilər. Təbii bunlar, dərinlik kamerası ilə görülməsi mümkün olan işlərin ancaq kiçik bir hissəsidir.

Bükülə bilən ekranlar: Telefonlar hər il bir az da böyüyür, eyni zamanda bir az daha incelirlər. Böyük ekranlar olduqca məşhur, ancaq onları yanımızda daşımaq hər zaman rahat olmaya bilər. Bu problemlə bağlı variantlardan biri isə bükülə bilən, kağız kimi yumurlanan ekranlar. Açılanda iPad Air ölçülərinə kimi çatan, ağıllı telefon ölçüsündə bir cihaz xəyal edin - bu, sizcə də müdhiş olmazmı? Bu texnologiyanın gerçəyə çevrilməsi üçün hələ bir neçə il gözləməliyik, ancaq bu ekranlar həyatımıza daxil olanda gözləməyimizə dəyəcək.

Şərhlər

Çox oxunanlar