Ukraynada əsgərlər yubka geyinəcək?! - VİDEO

29.06.2015 12:42     Maraqlı     2510

Ukrayna ordusu əsgərləri üstündə maqazin cibləri və yüksəkliyə çıxma avadanlığı olan, istifadəsi rahat komando ətəkləri geyəcəklər.

Rusiyanın xəbər saytı “TVZvezda”nın xəbərinə görə, Ukraynada hərbi paltarlar satan bir mağaza orduya isti yay aylarında istifadəsi olduqca rahat olan yubka təklif edib. Yubkada yüksəkliyə çıxma avadanlığı sayılan xüsusi halqaların və yük ciblərinin olduğu bir kəmər, üç maqazin və ya 30 mermilik Kalaşnikovun şarjorunu daşıya biləcək hissələri var.

Teflon materialdan hazırlanan, həmçinin torpaqda istifadəyə də dayanıqlı olan bu ətək Ukrayna ordusuna 400 grivnaya (16 dollara) başa gələcək.

Mətbuatda daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin 2 milyon dollara satın aldığı son formaların əsgərlər üçün təhlükəliola biləcəyi ilə xəbərlər verilmişdi. Formaların tez alışan materialdan hazırlanması ucbatından iki əsgər yaralanmışdı.

Şərhlər

Çox oxunanlar