Eksperiment quzunu "səhvən" yedilər!

29.06.2015 12:57     Maraqlı     2744

Elmi araşdırmalar nəticəsində geni dəyişdirilmiş bir quzu bir şəkildə bəzilərinin yemi olub. Belə ki, fransız rəsmiləri bu "meduza-quzunun" kim tərəfindən satıldığını araşdırmağa başlayıblar.

2000-ci ildə keçirilən genişmiqyaslı aksiyalardan etibarən Fransa daxilində insanlar üçün geni dəyişdirilmiş ərzaq məhsullarının satışı qadağan olunub. Fransada GMO (genetical modification - genetik dəyişdirmə) araşdırmalarına qarşı olan ciddi bir qrup var və bu qrup Fransa və Avrozonaya aid olan ölkələrdə təsdiq edilən 19 genetikası dəyişdirilmiş məhsulun qadağan edilməsini istəmişdi.

"Rubis" adı verilən quzu, DNT - si dəyişdirilmiş bir qoyun tərəfindən dünyaya gətirilmidi. Aqroistehsal Araşdırmalar Milli İnstitutunun araşdırmaçıları yaşıl şüa yayan və heyvanın dərisinin şəffaflaşmasına səbəb olan meduza zülalını təmin edən bir gendən istifadə etmişdilər. Bu şəkildə də tədqiqatçıların ürək nəqllərini həyata keçirmələri və baş verən prosesləri görmələri mümkün idi.

Təəssüf ki Rubis, naməlum bir şəkildə, digər "normal" toğlularla  birlikdə qəssabların yanına göndərilib. Daha sonra da Parisdə bir supermarketə satılıb, ancaq Fransanın “Le Parisien” qəzetinin də yazdığı kimi harada olduğu və ya "kimin yediyi" bilinmir.

Şərhlər