"İngiltərədə müharibə dövründəkindən daha çox rus agenti var" - "TheTimes" qəzeti
26.01.2016 13:40 Maraqlı 2485
"TheTimes" qəzeti dərc olunan bir xəbərdə, İngiltərədəki rus casuslarının sayının Soyuq müharibə dövründəkindən daha çox olduğu qeyd olunub. Kəşfiyyat xidmətləri üzrə ekspert, Rusiyalı jurnalist Andrey Soldatov İngiltərədə ən az 30 agentin fəaliyyət göstərdiyini vurğulayıb.
Soldatovun fikrincə, bu agentlərin bir hissəsi diplomatdır. Digərləri isə “qeyri-qanuni” agentlərdir, yəni saxta sənədlərlə İngiltərə vətəndaşı kimi bu ölkədə yaşayırlar.
Üçüncü qrup agentlər isə İngiltərədə açıq olaraq yaşayan iş adamı Rusiya vətəndaşlarıdır. Bu şəxslərin kəşfiyyat toplamaq üçün Rusiyanın xüsusi xidmət orqanları tərəfindən seçildiyi və təlimatlandırıldığı bildirilir.
Andrei Soldatov düşünür ki, Rusiyalı agentlərin hədəfində təkcə London yox, nüvə dənizaltı və Trident raketlərinin yerləşdirildiyi Klayd ilə Qərb Avropanın ən böyük donanma bazası olan Devonport da var.
İngiltərədə üç cür Rusiya kəşfiyyat xidmətinin olduğu iddia edilir.
Bunlar hərbi kəşfiyyat QRU, xarici kəşfiyyat xidməti SVR və SSRİ DTK-nın yerini alan əsas kəşfiyyat təşkilatı FSB - dir.
Soldatov Rusiya agentlərin İngiltərənin Suriyadakı hərbi fəaliyyətləri, silahlar, elm, texnologiya və hökumətin siyasəti msələri ilə bağlı kəşfiyyat apardığını, Rusiya prezidenti Vladimir Putinin müxaliflərinin də hədəflər arasında yer aldığını söyləyib.
Soldatov FSB – nin xüsusilə İngiltərədə yaşayan Rusiyalı müxalifləri və bu kimi Rusiya rəsmilərə təhdid təşkil edə biləcək qüvvələri hədəf seçdiyini bildirib.
Soldatov, 2014-cü ildə Amerika Kəşfiyyat Təşkilatı NSA-nın izleme faaaliyetlerini ifşa edən Qeyd edək ki, Andrei Soldatov daha əvvəl bir neçə dəfə FSB agentləri tərəfindən istintaqa cəlb olunub.
Şərhlər