Qadınlara görə ölkənin himnini dəyişəcəklər

28.01.2016 16:10     Maraqlı     1667

Kanada parlamentində Liberal partiyasını təmsil edən deputat Moril Belanje Kanadanın dövlət himninin dəyişdirilməsi ilə bağlı qanun layihəsini müzakirə olunmaq üçün təqdim edib.

Qanun layihəsinə əsasən, “O, Kanada” adlı himndə qadınlara da yer ayrılmalıdır. “Bu qanun vasitəsilə mən Kanada uğrunda çalışmış, mübarizə aparmiş qadınların haqqını vermək istəyirəm”, - Belanje belə deyib.

Virtualaz.org saytı “RİA Novosti” agentliyinə istinadən bildirir ki, hazırda Kanadanın ingilis dilində olan dövlət himnində Kanadanın “bütün oğullarının” vətənə sevgisindən bəhs olunur. Deputat isə bu ifadəni “hamı”ya əvəz etmək fikrindədir. Himnin fransız dili versiyasında belə ifadə olmadığından, onu dəyişmək tələb olunmur.

Şərhlər

Çox oxunanlar