Oruc tutanda başınız ağrımasın

30.06.2015 13:21     Maraqlı     2565

Ramazan ayında qida rasionuna lazımi qaydada fikir verməyənlərdə, fiziki işlə çoxlu məşğul olanlarda, yastılıq zamanı az miqdarda qida qəbul edənlərin bir çoxunda halsızlıq, baş ağrıları yarana bilər. Bunun qarşısını almaq üçün lazımi prosedurlara fikir vermək, sübh, axşam saatlarında düzgün qidalanmaq və depressiyadan uzaq durmaq vacibdir.

Daha sonra istəyə uyğun qida rasionunda sitrus meyvələri nəzərə alınmalı, aromaterapiya və digər faydalı üsullar sayəsində baş ağrısına səbəb olan hallar azaldılmalıdır. 
- Limonun aromaterapiya xüsusiyyətləri sayəsində baş ağrısına yaxşı təsir edir. Bir parça limonu əlinizdə ovuşdurub məcun konsistensiyasına gətirin üzünüzə və alınınıza sürtün.

- Baş ağrınızı yüngülləşdirmək üçün masajda edə bilərsiniz. Başınız ağrıyanda təzyiq tətbiq edərək ağrını keçirə biləcəyiniz təzyiq nöqtələri vardır.
Bu nöqtələr baş barmağınız və işarə barmağınızın arasında qalan oynaq nöqtələridir. Bu bölgələrə yüngülcə basdırıb yumru hərəkətlər halında təzyiq tətbiq edin.

- Miqren qaynaqlı baş ağrısında işığa həssaslıq artacağı üçün qaranlıq bir otaqda istirahət etməyi seçin.

- İsti duş boşalma hissi yaradır. Duşa girə bilmirsinizsə ayaqlarınızı isti su dolu bir qabda gözlədə bilərsiniz.

- Başınıza buz torbası qoyaraq da baş ağrınızı yüngülləşdirə bilərsiniz.

Baş ağrısına əzələlərin yorulması, boyun ağrısı da təsir edir. Bunun qarşısını almaq üçün sadəcə əsəb yaradan halları dəf etmək və dərhal mütəxəssisə müraciət etmək lazımdır.

Şərhlər