Qəssabdan ət aldı, evdə canlandı - VİDEO
30.06.2015 17:30 Maraqlı 2647
Çinin Şandonq əyalətində qeyri-adi hadisə baş verib. ANS PRESS-in məlumatına görə, bir qadın qəssabdan aldığı bir parça əti evə gətirəndən sonra ət parçası "canlanıb". Qadın əti bişirmək üçün soyuducudan götürüb masanın üstünə qoyanda ət parçasının sanki ürək döyüntüsü kimi tərpəndiyini görüb.
Gördüklərindən şoka düşən qadın cəld oğlunu çağırıb. Oğlan canlanan əti telefonla videoya çəkib və internetdə paylaşıb.
Bir bioloq isə bunun nadir hadisə olsa da mümkün olduğunu bildirib. O, ət parçasında titrəmələrin və əzələlərin tərpənişinin onun üzərindəki sinir ucları ilə bağlı olduğunu deyib.
Məsələ burasındadır ki, heyvan kəsilən zaman mərkəzi sinir sistemi ölsə də, sinir ucları heyvan kəsiləndən bir müddət sonra da yaşaya bilər. Buna görə də bəzi şəraitlərə və temperatura reaksiya verə bilər.
Şərhlər