Kətan toxumu ilə bağırsaqların effektli təmizlənməsi
11.02.2016 13:52 Maraqlı 1668
İnsan orqanizmi müstəqil şəkildə özünü təmizləmək və bərpa etmək xüsusiyyətlərinə malikdir.
Lakin müasir insanların bir çoxunda bu təbii proseslər pozulub ki, nəticədə orqanizmdə çoxlu miqdarda müxtəlif ziyanlı maddələr toplanır. Bunun səbəbləri arasında: düzgün olmayan qidalanma, azhərəkətli həyat tərzi, pis ekoloji şərait və s. Bu xüsusilə böyük şəhərlərdə yaşayan insanlara aiddir.
Ziyanlı maddələr orqanizmdə toplanaraq xroniki intoksikasiyaya səbəb olur. İntoksikasiya isə öz növbəsində immuniteti zəiflədir, orqanizmin bütün orqan və sistemlərinə mənfi təsir edir, dərinin, saçların vəziyyətini pisləşdirir, qocalma prosesləri sürətləndirir.
Bu səbəbdən insan öz orqanizminə ziyanlı maddələrdən qurtulmağa kömək etməlidir.
Bəzi bitkilər bizə bu işdə çox yaxşı kömək edə bilər. Bu bitkilərdən biri kətan toxumudur. Kətan toxumu çox güclü absorbentdir - toksiki maddələri özünə hopdurur və orqanizmdən xaric edir. Həmçinin kətan toxumu qurdlara, viruslara və göbələklərə məhvedici təsir edir, orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır, arıqlamağa kömək edir, qəbizliyi aradan qaldırır.
Kətan toxumu ilə bağırsaqların təmizlənməsi:
1-ci həftə: 1 desert qaşığı kətan toxumu üyüdülür, 100 qr istənilən süd məhsulu ilə (qatıq, təbii yoqurt, xama) qarışdırılır və səhər yeməyi kimi yeyilir.
2-ci həftə: 2 desert qaşığı kətan toxumu + 100 qr süd məhsulu.
Təmizlənmə zamanı həmçinin gün ərzində 2 l təmiz su içmək lazımdır.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu sxemi tətbiq etdikdən əvvəl həkimlə məsləhətləşin.
Saglamolun.az
Şərhlər