Papa Boliviyadan koka yarpağı istəyib

01.07.2015 17:27     Maraqlı     2459

Katoliklərin ali ruhani lideri Papa Fransis, 8 iyulda ziyarət edəcəyi Boliviyadan qəribə bir xahiş edib. Boliviyanın Mədəniyyət naziri Machiaco Papanın kokainin xammaddəsi olan koka yarpağı istədiyini bildirib.

Latın Amerikaya səfəri çərçivəsində Papa Fransisi qonaq etməyə hazırlaşan Boliviyanın mədəniyyət naziri Marko Machicao mətbuata verdiyi açıqlamada, Papanın kokainin xammaddəsi sayılan koka yarpağı çeynəmək istədiyini bildirib: "Biz artıq tədarükə başlamışıq. Koka yarpağı ilə papanı gözləyirik".

Koka yarpaqları, yüksəklikdən atlama zamanı qorxunu azaltmaq üçün istifadə edilir. Yarpaqların eyni zamanda əzələ ağrısını aradan qaldırdığını, aclıq və susuzluğu dəf etdiyinə də inanılır.

Xatırladaq ki, Boliviyaya keçən il səfər edən BMT-nin baş katibi Ban Ki Muna da 70 -ci ildönümü ilə bağlı “koka tortu” hədiyyə olunmuşdu.

Şərhlər