Bu bitki mədəaltı vəzi xərçəngini müalicə edir

14.02.2016 15:11     Maraqlı     2181

Texas Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, tropik və subtropik ölkələrdə bitən "meliya" adlı  bitkisinin ekstraktı mədəaltı vəzi xərçənginin inkişafını xeyli ləngidir, xərçəng hüceyrələrini məhv edir.

MedicalNewsToday xəbər verir ki, alimlər bu bitkinin tərkibində nimbolid maddəsini aşkar ediblər ki, bu maddə xərçəngəleyhinə təsirə malikdir.

Alimlər nimbolid maddəsinin təsirini mədəaltı vəzinin xərçəng hüceyrələrində və siçanların üzərində test ediblər.  Kimyəvi xərçəngəleyhinə preparatlardan fərqli olaraq nimbolid maddəsi sağlam hüceyrələrə təsir etmir.

Onkoloqların fikirinə görə, meliya bitkisinin bu nadir xüsusiyyəti cərrahi müalicəyə tabe olmayan yayılmış mədəaltı vəzi xərçəngindən əziyyət  çəkən insanların müalicəsində istifadə oluna bilər.

Şərhlər

Çox oxunanlar