Qaraciyərinin yarısını sevgilisinə verdi - FOTO

15.02.2016 23:00     Maraqlı     1340

Sevgilisi ağır xəstə olan gənc ailə qurmaq istədiyi xanımının dərdinə çarə olmaq istəyib. O, qaraciyərinin yarısını sevgilisinə verib ki, toy baş tutsun.

Kler Bims son müayinədə həkimlərin bədbin diaqnozu ilə üzləşmişdi.
Onun qaraciyərində ciddi disfunksiya aşkarlanmışdı. Həkimlərin dediklərinə görə, təcili  qaraciyərin bir hissəsinin transplantasiyası əməliyyatı aparılmazsa, Kler ölə bilərdi.
Klerin sevgilisi, onunla ailə həyatı qurmağa hazırlaşan Pol Cons bunu biləndə çox düşünməyib və qaraciyərinin yarısını sevgilisinə vermək qərarına gəlib.

Öd yollarının iltihabı olan öd atreziyasından əziyyət çəkən 24 yaşlı Kler Bims əməliyyat olunub və 29 yaşlı Pol Consun qaraciyərinin təxminən yarısı kəsilib götürülüb, xəstə Klerin probleminin həlli üçün istifadə olunub.

İngiltərənin Uest Midlends qraflığındakı Satton-Kolfild şəhərində yaşayan Pol və Kler indi ailə qurublar.
"Ona yardım etmək istəyirdim, amma əlimdən heç nə gəlmirdi. Kleri xilas etməyin yollarını arayanda həkimlər dedilər ki, onun qaraciyərinin bir hissəsində transplantasiya əməliyyatı aparılarsa, problem çözülə bilər. Sevindim, çünki qaraciyərimin bir hissəsini Klerə verə bilərdim. Belə də etdim", - Pol Cons deyib.

Saglamolun.az

Şərhlər

Çox oxunanlar