20 ildir sevdiyi qadını eyni yerdə gözləyir

31.05.2015 14:14     Maraqlı     1029

Tayvanlı bir kişi sevdiyi qızla 20 il əvvəl dəmiryolu vağzalında görüşmək üçün vədələşib. Qız gəlmədi, ancaq, Ah Ji adlı kişi o gündən etibarən hələ də o qızı gözləyir.Həyatından kino çəkilən sadiq it Hatchiko da, hər gün evindən ən yaxındakı dəmiryolu vağzalı olan Tokiodakı Şibuya stansiyasına kimi və yenə stansiyadan evinə kimi sahibi Prof.Uenoya yoldaşlıq edir, onu yola salır və qarşılayırdı. Ueno vəfat etdikdən sonra da vağzalda onun qayıtmağını gözlədi. Belə filmlərə baxan insanlar həyatını ətrafdakı insanların köməyi ilə davam etdirən Ah Jini görəndə təəccüblənirlər. onun üçübn şəhər rəhbərliyi bir yığıncaq təşkil etdi, gözəl paltarlar aldı, yedirdib içirtdi və onun təmizliyinə kömək etdi, amma bütün bunlar Ah Jini inadından vaz keçirmədi. O, hələ də həmin gənc qızı gözləməyə davam edirı.

Şərhlər