Franz Kafka’nın Özü Qədər Qeyri-Adi 10 Sitatı
16.02.2016 13:24 Maraqlı 1881
Çox qısa ömür sürən yəhudi əsilli yazıçı Franz Kafka yazılarında sərgilədiyi təxəyyül gücüylə bir çoxlarının həyata baxışını dəyişmiş və müasir ədəbiyyatın simvollarından birinə çevrilmişdir. Yadlaşma, tənhalıq və insanın cəmiyyətin təzyiqinə məruz qalması haqqında yazdığı əsərlərin mövzularını haradan gəldiyi hər zaman maraq obyekti olub.
Reaksiya.info Pahoo.az-a istinadən sizə bu sirli şəxsiyyətin olduqca maraqlı sitatlarını təqdim edir.
1. Əgər oxuduğumuz kitab bizi başımıza vurulan qəfil zərbə kimi sarsıtmırsa, onu niyə oxumalıyıq ki?
2. Hər kəsin yaşamaq üçün həqiqətə ehtiyacı var. Bu həqiqəti kimdənsə almaq, onu fərqli yollarla ələ keçirmək mümkün deyil. Bu həqiqət dayanmadan insanın öz daxilində yaradılmalıdır, əks halda insan məhvə məhkumdur. Bəlkə də həqiqət məhz həyatın özüdür.
3. Çevrəmizdəki əzabları bizim də hiss etməyimiz lazımdır. Hər birimizin ortaq bir vücudu yoxdur, amma birlikdə böyümək imkanımız var. Buna isə bu və ya digər şəkildə əzabların içindən keçərək nail ola bilərik. Biz ancaq yaşadığımız dünyanın bütün əzablarından keçərək inkişaf edirik.
4. Gözəlliyi görmək və duymaq bacarığını qoruyub saxlayanlar heç vaxt qocalmırlar.
5. İnsanın iki əsas günahı var. Bütün digərləri isə bu günahlardan törəyib: səbirsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə cənnətdən qovulublar, tənbəl olduqlarına görə isə ora qayıda bilmirlər. Amma, bəlkə də bir əsas günahları var, o da səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbirsizlyə görə də geri qayıda bilmirlər.
6. Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Elə bunun ucbatından da dilənçiyə çevrilirik.
7. Laqeydlik və biganəlik ruhun xərçəngidir.
8. Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.
9. Bəzən mənə elə gəlir ki, birlikdə yaşamaq yerinə, ölmək üçün xoşbəxt halda yan-yana uzanacağıq. Lakin hər nə olacaqsa da, sənin yanında olacaq. (“Milenaya Məktublar”)
10. Mövcud olan şeyləri çox istəyərək yaradırıq. Mövcud olmayan şeylər isə çox istəmədiklərimizdir.
Şərhlər