Google Chrome’dan Maksimum Fayda Almaq Üçün 8 Üsul

17.02.2016 16:19     Maraqlı     1874

Google Chrome artıq milyardlarla istifadəçinin işlətdiyi, hər kəsin ən rahat hesab etdiyi brazuerlərdən biri, bəlkə də birincisidir. Lakin çoxlarımızın onun bir çox xüsusiyyətindən xəbərimiz yoxdur. Gəlin bu situasiyanı birlikdə düzəldək.

Reaksiya.info  Pahoo.az-a istinadən sizə Google Chrome’dan maksimum fayda almaq üçün 8 tövsiyəni təqdim edir:

Qonaq rejimindən istifadə edin

 

Bəzən sizin kompüterinizdən başqasının istifadə etməsinə ehtiyac duyulur. Saxladığınız veb-səhifələr, sosial şəbəkə hesabları və digər şəxsi məlumatlara görə narahat olmamaq üçünqonaq rejimindən istifadə edə bilərsiniz. Tənzimləmələrdən profilə daxil olaraq, daha sonra “istifadəçini dəyiş” bölməsini seçərək, qonaq kimi daxil olmaq funksiyasını aktivləşdiririk. Bu halda, sizin kompüterinizdən istifadə edən insan profilinizi görmür, Chrome isə yaddaşında heç nə saxlamır.

 

Bookmark panelinizi daha kompakt edin

Avtomatik olaraq, Chrome bütün bookmark etdiyiniz veb-səhifələrin bütöv adını başlıq kimi istifadə edir, onlar isə adətən lakonik olmurlar. Bu qovluqlar üçün rahat ola bilər, lakin seçilmişlər paneli üçün tamamilə uyğunsuzdur, çünki bu əsl qarışıqlığa və səliqəsizliyə səbəb olur. Lakin siz bookmark panelindən bütün bookmarkların adını silərək, yalnız ikonları saxlasınız, bu daha rahat üsul ola bilər.

Omnibox’dan kalkulyator kimi istifadə edin

Chrome’un ağıllı axtarış sistemi təkcə hər hansı bir şeyi tapmaq və sizin axtarışlarınızı təxmin etməyə deyil, həmçinin də digər bacarıqlara malikdir. Məsələn, siz burada sadə riyazi hesablamaları apara bilər, bir ölçü vahidini digərinə keçirə (ancaq ingilis dilində) bilərsiniz. Sadəcə olaraq, axtarış hissəsində hesablama mətnini yazın və axtarışa start verin. Nəticəni dərhal görə biləcəksiniz.

 

Saytlar haqqında ətraflı məlumatı nəzərdən keçirin

Vebsayt ünvanın qarşısında xırda ikonu asanlıqla gözdən qaçırmaq mümkündür. Lakin həmin ikon resurs haqqında ətraflı məlumatlara keçiddir. Onun üzərinə basın və sizin qarşınızda panel açılacaq. Siz burada sayta verdiyiniz icazələr və müxtəlif tənzimləmələr həyata keçirə bilərsiniz. Məsələn, məlumatlar bazasının yaddaşda saxlanılması və ya iş bitdikdən sonra silinməsi kimi.

 

Genişləndirilmiş “Əvvəlki” düyməsi

“Əvvəl” komandasından hər birimiz xəbərdarıq. Bu düyməyə basmaqla, daha əvvəl daxil olduğumuz səhifələrə keçid edirik. Lakin, bir çoxları bilmir ki, bu düymə vasitəsilə bir yox, bir neçə dəfə keçid etmək mümkündür. Bu düymənin üzərinə basaraq, bir neçə saniyə gözləsəniz, daha əvvəl girdiyiniz səhifələrin siyahısı peyda olacaq. Siz bu siyahıdan istənilən səhifəni seçə və yenidən daxil ola bilərsiniz.

 

Daha rahat tərcümə xidməti

Chrome üçün əlavələrin içində ən faydalısı əlbəttə ki, lüğəti hesab etmək olar. Siz onlayn mağazada pulsuz olan Google Dictionary‘ni öz Chrome brauzerinizə əlavə edirsiniz və bundan sonra rahatlıqla sözlərin üzərinə klikləmək və ya seçməklə tərcümələrini görə bilirsiniz.

 

Bir neçə pəncərəni eyni zamanda idarə edin

Chrome’da işləri bir pəncərədə olduğu kimi, bir neçə pəncərədə də görmək mümkündür. Bu halda onlardan hər birinin ekranda açıq halda olmasına ehtiyac yoxdur. Bunun üçün siz yuxarıda şəkildə göstərildiyi komandadan istifadə edə bilər və ya  Ctrl + Shift + D(PC üçün);  Cmd + Shift + D (Mac üçün) qısayollarından istifadə edə bilərsiniz.

 

Chrome’dan media-player kimi istifadə edin

Bəli, Chrome bunu da bacarır! Əlbəttə media player’in tamamilə əvəzedicisindən söhbət getmir, lakin player olmayan iş kompüteri üçün bu variant çox yararlıdır. Video izləmək və ya musiqi dinləmək üçün siz hər hansı bir faylı brauzerin yeni tab’inə sürüşdürürsünüz. Player təkcə sizə fayla baxma və ya dinləmə imkanı vermir, həm də səsi tənzimləmək, tam ekrana keçid kimi üstünlüklər də təqdim edir.

Şərhlər

Çox oxunanlar