Nə Üçün Kapitalizm Tənha Olmağımızı İstəyir?
17.02.2016 16:44 Maraqlı 1515
İndi, bazarın yalnız insanların alıcılıq qabiliyyəti ilə varlandığı bir vaxtda, nigaha daxil olmaq – radikal seçimdir. (Evan Morrison)
Azad bazar şəraitində azad olduğumuzu düşünmək bizim xoşumuza gəlir; biz – reklamlar və sosial manipulyasiyadan daha üstünük. Ancaq cəmiyyətdə yeni tendensiya müşahidə olunur – tənha insanın etalon istehlakçı kimi yüksəlişi. Burada isə paradoks var: əvvəl tək qalmaq radikal hesab edilirdi, indi isə mürtəce (irticaçı) hesab oluna bilər.
Uzunmüddətli münasibətlər, “ömürlük iş” kimi, öhdəliklərsiz, etibarsız və müvəqqəti münasibətlərə çevrilir – sosioloq Ziqmunt Baumanın on il əvvəl bizə xəbərdarlıq etdiyi kimi.Sabit perspektiv olmadan özü üçün işləyən iki insanın öz gələcəyini birlikdə qurması çətindir. Kapitalizm bizim tənha olmağımızı istəyir.
60-cı illərdən tənhalıq burjua kapitalist konformizminə qarşı qiyamın bir forması kimi radikal seçim hesab edilirdi. Sosioloq Jan-Klod Kaufmannın dediyi kimi, ailə həyatından fərdi həyat tərzinə keçid “fərdiyyətçiliyin dəfedilməz hərəkət gücü”nün bir hissəsi idi. Ancaq ona konsumerizmdə planlaşdırılmış dəyişikliklərin prizmasından baxsaq, bu azadlıq daha az cəlbedici görünür.
Bu gün cəmiyyəti tək yaşamağa inandırmağın iqtisadi mənası var. Yalnız insanlar dörd üzvdən ibarət ailələrdən 38% daha çox ərzaq, 42% daha çox qablaşdırma materialı, 55% daha çox elektrik və adambaşına 61% daha çox qaz istifadə edirlər. Bu haqda Miçiqan universitetindən olan Szyanqo Lyunun tədqiqatlarında deyilir. İndi ABŞ-da heç vaxt nigaha daxil olmamış 25-34 yaş arası tənha insanların sayı nigahda olanların sayından 46% daha çoxdur. Boşanma artan bazarı təşkil edir: bir dağılmış ailə o deməkdir ki, indi iki evə iki avtomobil, iki paltaryuyan maşın, iki televizor alınmalıdır. Mükəmməl istehlak vahidi tam ailə günləri hesab edilir.
Kapitalizm durğunluğa yuvarlanır və korporasiyalar dərk ediblər ki, indi artımın iki yeni yolu var: birincisi, təklərin inkişaf edən bazarı, ikincisi, boşanmalar və fərdi azadlığın konsepsiyaları. Bu reklam dəyişikliklərində gözə çarpır – belə müxtəlif məhsullar üçün məqsədli auditoriya tək insanlar olurlar, xüsusən – tənha qadınlar. Honda və Citibank-ın yeni reklamı birgə həyatı və təklikdə özünü dərk etmə prosesi və münasibət yaradılmasında təxrəsalmalarla müqayisə edir.
Ketrin Jarvinin dediyi kimi, yeni yol – “yuxarı cibin münasibətidir”, tərəflərdən heç biri uzunmüddətli öhdəliklərə cəhd etmir. Məsələn, Match.com tanışlıqlar saytının məşhurluğunun şiddətli artımı. ABŞ-da saytlarda elanlar birdəfəlik istehlak və təklif arasındakı şüuraltı əlaqəni özündə əks etdirir: “Mənə divan alın və mənimlə orada sevişin, $100″. Özünü məhsula bərabərləşdirmə məhz ona görə üzə çıxdı ki, istehlakın planlaşdırılmış və hiss edilən azalması dövrləri daha kapitalist artım gətirmirlər. Bazarın həddindən artıq doydurulmaları dövründə biz artıq bacardığımız hər şeyi sərf etdik və bizi başqalarını sərf edərək özümüzü “bazarda mallara” çevrilməyə çağırırlar. İnsanların istifadə edilməsi üzrə tapşırıqlar.
İndi konsumerizm səndən təkliyini tələb edir və onu seksual bir şey kimi satır. Fokus ondadır ki, indi uzunömürlü münasibətlərə və uzunmüddətli işə malik olmaq, gələcəyi planlaşdırmağa çalışmaq, ehtimal ki, hətta uşaqların olması da təklikdən daha radikaldır. Kimləsə birgə həyat, cəmiyyətin başqa üzvləriylə uzunmüddətli əlaqələr indi radikal alternativ güclər kimi görünür, bunlar bizi özündə şəxsi faydasızlığın dərk edilməsinə aparan qısamüddətli əlaqələrin axtarışlarında reduksiya etmək istəyirlər.
Həlli: radikal ol, ailə qur, partnyordan və işə götürəndən öhdəlikləri tələb et. Birdəfəlik təklər bazarının cazibədarlığına yox de.
(Pahoo.az)
Şərhlər